Agentlik rəhbərliyi Qubada “QHT ziyarətləri” keçirdi - FOTOLAR

Agentlik rəhbərliyi Qubada “QHT ziyarətləri” keçirdi - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi "QHT ziyarətləri” layihəsi çərçivəsində Quba rayonunda növbəti görüşlər keçirib.

Layihə çərçivəsində Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi, "Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi, Xalça Dünyası Assosiasiyası və "Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ofisləri ziyarət edilib.

"QHT ziyarətləri”ndə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Agentliyin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov və Agentliyin məsul əməkdaşları iştirak ediblər.

Vüsal Quliyev görüşlərdə regionlarda fəaliyyət göstərən QHT-lərin vətəndaş cəmiyyətinin inkişafındakı əhəmiyyətli rolunu qeyd edərək, mövcud vəziyyətlərinin öyrənilməsinin, onların bilik və bacarıqlarının artırılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, QHT-lər yaranarkən qarşılarına qoyduqları məqsədlərə uyğun olaraq konkret layihə və proqramlar həyata keçirməli, nəticələr təqdim etməlidirlər.

Aygün Əliyeva QHT-lərin fəaliyyəti, onların cəmiyyətin inkişafında rolu haqqında məlumat verib. Eyni zamanda bildirib ki, bu layihə Agentliklə QHT-lər arasında əməkdaşlıq əlaqələrinin operativ şəkildə qurulmasına xidmət edir.

Görüşlər zamanı QHT sədrləri Eynulla Xeyrullayev, Ramin Mahmudov, Fatimət Ağamirzəyeva və Tünzalə Abdüləlimova öz fəaliyyətləri haqqında geniş məlumat veriblər. Onların təklif və problemləri dinlənilib.

Bir 10 kişi ve ayakta duran insanlar görseli olabilir

Bir 5 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 12 kişi, ayakta duran insanlar, iç mekan ve şunu diyen bir yazı '

Bir 8 kişi ve ayakta duran insanlar görseli olabilir

Bir 2 kişi ve ayakta duran insanlar görseli olabilir

Bir 7 kişi, oturan insanlar ve iç mekan görseli olabilir

Bir 6 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 5 kişi, oturan insanlar ve iç mekan görseli olabilir

 

Xəbər lenti