Addım-addım Şuşa - QƏNİRƏ PAŞAYEVA YAZIR

Addım-addım Şuşa - QƏNİRƏ PAŞAYEVA YAZIR
Mədəniyyət paytaxtımız olan qədim Şuşamızda doğulmuş, böyük yazıçı, dramaturq, ictimai-siyasi və teatr xadimi, pedoqoq, ədəbiyyatşünas, böyük şəxsiyyətlərimizdən biri Əbdürrəhim bəy Haqverdiyev və maarifçi, pedoqoq, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firidun bəy Köçərlinin evlərini ziyarət etdik. İşğalçı Ermənistan vandalizminin, barbarlığının dəhşətlərini görüb bu evlər, bu mülklər… 
Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edilmiş əziz Şuşamızda böyük quruculuq, abadlıq işləri aparılır. Biz əminik ki, çox yaxın zamanlarda gözəl Şuşamız bütün dünyada ən gözəl mədəniyyət şəhərlərindən biri kimi tanınacaq və ona da əminik ki, Əbdürrəhim bəy Haqverdiyevin və Firidun bəy Köçərlinin evləri də çox qısa zamanda təmir-bərpa işləri aparılaraq insanların ziyarətinə açılacaq. Bu gün hörmətli Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondu bu istiqamətlərdə çox önəmli işlər görür və inanırıq ki, Əbdürrəhim bəy Haqverdiyevin və Firidun bəy Köçərlinin xatirələri qədim Şuşada ən yüksək səviyyədə yaşamaqda davam edəcək. Amma erməni vandalizmini, erməni faşizminin iç üzünü görmək, duymaq istəməyənlərə gerçəklikləri hər bir azərbaycanlı yorulmadan çatdırmalıdır. Çünki ermənilərin əsl məqsədi işğal etdikləri torpaqlarımızdan xalqımızın tarixini və mədəniyyətini tamamilə silmək olub. Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq. 
#Azərbaycan #Azerbaijan #Qarabağ #Kharabagh #Şuşa #Shusha #AddımAddımŞuşa
 



 

Xəbər lenti