7NEWS.az saytı "Fəxri Fərmanla" təltif edildi

7NEWS.az saytı
Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində Milli Mətbuat günü ilə əlaqədar tədbir keçirildi. Milli mətbuatımızın yaranmasının 144 illiyinə həst olunmuş tədbir bölgənin yazarlarının müəllifi olduğu və mətbuatımızın keçdiyi uğurlu yoldan və müxtəlif mövzulardan bəhs edən kitab sərgisinə baxışla başladı.
Mərkəzin konfrans zalında davam edən tədbirdə peşə fəaliyyətlərini həyata keçirərkən şəhid olan jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Giriş sözü ilə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov mətbuatın yaranması və formalaşması mövzusunda geniş məlumat verərək bildirdi ki, Azərbaycanda Millli Mətbuat Günü iyulun 22-də, 144 il əvvəl Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri – "Əkinçi”qəzetinin buraxıldığı gündə qeyd edilir.
Tədbirdə 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov Ağstafa Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanı ilə təltif olundu.
7NEWS.az

Xəbər lenti