74 yaşlı Yaqub Eyyubov istefa haqda nə düşünür?

74 yaşlı Yaqub Eyyubov istefa haqda nə düşünür?

Prezident İlham Əliyev Baş Nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovu istefa ərizələri ilə bağlı qəbul edərkən onların bu qərarlarının hökumətdə olan digər yaşlı məmurlar üçün də nümunə olacağına inandığını deyib.

Prezidentin bu bəyanatından sonra sosial şəbəkələrdə yaşlı məmurların adları açıqlanır. Həmin şəxslərdən biri də Baş Nazirin birinci müavini Yaqub Eyyubovdur.

Bəs görəsən, 74 yaşlı Yaqub Eyyubov Prezidentin bu çağırışına qoşulmaq istəyirmi?

LOBBİ.Az xəbər verir ki, Y.Eyyubov Gununsesi.org-un əməkdaşının bu haqda sualına cavabında deyib: "Məndən bu barədə heç nə soruşmayın. İşdən azad olunan şəxslərlə bağlı da hər hansı bir şərhim yoxdur”.


Xəbər lenti